Masarikov Universiteti, Brno

Masarikov Universiteti, Brno

Baxış sayı 316

  Çexiya Respublikasının ikinci böyük universiteti Brno şəhərində yerləşən Masarikov Universitetidir. Universitet 1919-cu ildə təsis edilib.

  1400-dən çox ixtisas üzrə 40.000-dən çox tələbənin təhsil aldığı universitet Çexiya Respublikasında abituriyentlərin ən çox sənəd təqdim etdiyi universitetdir.

  Beynəlxalq reytinqləri nəzərə alaraq, xarici tələbələr də Masarikov Universitetinə maraq göstərirlər. universitetdə 7000-dən çox xarici tələbə təhsil alır.

 Təhsil əsasən çex dilindədədir. Amma ingilis dilində də proqramlar təklif olunur.
 Çex dilində təhsil tamamilə ödənişsiz olduğu üçün 1 il Hazırlıq fakültəsində oxuyub, çex dilini öyrənib, sonrakı bakalavr və magistr pillələri üzrə tamamilə təhsil haqqı ödəmədən oxuya bilərsiniz.

 Hazırlıq fakültəsi ödənişlidir və qiymətləri dövlət universiteti və ya özəl kurslarda təşkil olunmasından, yerləşdiyi şəhərdən asılı olaraq dəyişilir.

 Çexiyada təhsil almaq istəyənlər üçün Hazırlıq ödənişi daxil xidmətlər paketi təklif edirik. Paketə daxildir:

 - Hazırlıq fakültəsi təhsil haqqı
 - Dəvət məktubu
 - Praqa şəhərində hava limanında qarşılanma
 - Yerli mobil operator nömrəsi
 - Universitetə qəbul
 - Yataqxanada yerləşmə
 - Sənədlərin nostrifikasiyaya hazırlanması
 - Oxuduğu dövr ərzində dəstək
 - Hazırlıqdan sonra seçdiyi fakültəyə qeydiyyat
 - Praqa şəhəri ilə tanışlıq turu
 - Əyləncə proqramları


 Xidmət Paketinin qiyməti (Praqa şəhəri üçün):

 - Dövlət universitetində Hazırlıq 4700 AVRO
 - Özəl kurslarda Hazırlıq 3760 AVRO

 Brno və digər şəhərlərdə qiymət bir az aşağıdır.
← GERİ QAYITMAQ