Karlov Universiteti, Praqa

Karlov Universiteti, Praqa

Baxış sayı 174

  Mərkəzi Avropanın ən qədim və Çexiyanın mərkəzi universiteti sayılan Karlov Universiteti 1348-ci ildə imperator IV Karl tərəfindən yaradılmışdır.

  Təhsil çex və ingilis dillərində təklif olunur. Hal-hazırda universitetdə 53.000-dən çox tələbə təhsil alır ki, onların da 7000 nəfərini xarici tələbələr təşkil edirlər.

  Karlov universiteti beynəlxalq Şanxay universitetlər reytinqi üzrə "Dünyanın ilk 1000 universiteti" siyahısına daxildir.

  Çex dilində təhsil ödənişsizdir!

  1 il çex dili öyrənməklə Siz sonrakı illərdə Dövlət Universitetlərində ödənişsiz təhsil alırsınız.

 Çex dilində təhsil tamamilə ödənişsiz olduğu üçün 1 il Hazırlıq fakültəsində oxuyub, çex dilini öyrənib, sonrakı bakalavr və magistr pillələri üzrə tamamilə təhsil haqqı ödəmədən oxuya bilərsiniz.

 Hazırlıq fakültəsi ödənişlidir və qiymətləri dövlət universiteti və ya özəl kurslarda təşkil olunmasından, yerləşdiyi şəhərdən asılı olaraq dəyişilir.

 Çexiyada təhsil almaq istəyənlər üçün Hazırlıq ödənişi daxil xidmətlər paketi təklif edirik. Paketə daxildir:

 - Hazırlıq fakültəsi təhsil haqqı
 - Dəvət məktubu
 - Praqa şəhərində hava limanında qarşılanma
 - Yerli mobil operator nömrəsi
 - Universitetə qəbul
 - Yataqxanada yerləşmə
 - Sənədlərin nostrifikasiyaya hazırlanması
 - Oxuduğu dövr ərzində dəstək
 - Hazırlıqdan sonra seçdiyi fakültəyə qeydiyyat
 - Praqa şəhəri ilə tanışlıq turu
 - Əyləncə proqramları


 Xidmət Paketinin qiyməti (Praqa şəhəri üçün):

 - Dövlət universitetində Hazırlıq 4700 AVRO
 - Özəl kurslarda Hazırlıq 3760 AVRO

 Brno və digər şəhərlərdə qiymət bir az aşağıdır.
← GERİ QAYITMAQ