Ukrayna

 Şərqi Avropada yerləşən Ukrayna xaricdə təhsil almaq istəyən tələbələrin daha çox seçim etdikləri ölkələrdəndir. Ukrayna ali təhsil sistemi UNESCO və digər nüfuzlu təşkilatlar tərəfindən tanınmış və çoxfunksional şəkildə inkişaf etdirilməkdədir. 2005-ci ilin mart ayında Ukrayna Bolonya sisteminə qoşulmuş və hal-hazırda Avropada ali təhsilin inkişafında aktiv iştirak edən ölkələrdəndir.

 Polşa, Slovakiya, Rumıniya, Macarıstan, Rusiya, Belorusiya Moldava ilə həmsərhəd ölkədir.

 Ukrayna Universitetlərinə rəsmi tələbə qəbulu imtahan və ya müsahibə yolu ilə həyata keçirilir. Tələbələrin dil bilikləri (rus, ukrayn və ya ingilis dili) yoxlandıqdan sonra, əlavə olaraq qəbul olmaq istədiyi fakültəyə uyğun profil fənnlərdən imtahan verirlər.

  Qeyd:  Ukrayna Universitetlərinə qəbulda iştirak etmək istəyənlər mühüm sənəd sayılan “universitetdən tələbənin adına göndərilən “DƏVƏTNAMƏ”  (“İNVİTATİON”) əldə  etməlidirlər.

Sumı Dövlət Universiteti

Sumı Dövlət Universiteti

  Sumı Dövlət Universiteti tanınmış Şanxay Universitetlər Reytinq siyahısı üzrə “Dünyanın İlk 1000 universiteti siyahısı”nda yer almışdır.

Ətraflı
Xarkov Milli Aviasiya Universiteti

Xarkov Milli Aviasiya Universiteti

  Xarkov Milli Aviasiya Universiteti “Xaricdə Təhsil” dövlət proqramına daxil edilmiş tək Xarkov universitetidir. IV akkreditasiyaya malikdir. Universitetdə 11.000 tələbə təhsil alır.

Ətraflı
T.Şevçenko adına Kiyev Milli Universiteti

T.Şevçenko adına Kiyev Milli Universiteti

 Ukraynanın tanınmış təhsil müəssisəsi sayılan T.Şevçenko adına Kiyev Milli Universiteti 1834-cü ildə I Nikolay tərəfindən yaradılmışdır. Təhsil əsasən ukrayn dilindədir.

Ətraflı
A.N.Beketov adına Xarkov Milli Şəhər Təsərrüfatı Universiteti

A.N.Beketov adına Xarkov Milli Şəhər Təsərrüfatı Universiteti

  A.N.Beketov adına Xarkov Milli Şəhər Təsərrüfatı Universiteti 1922-ci ildə təsis edilmişdir. Hal-hazırda universitetdə 16.000 tələbə təhsil alır ki, onların da 500 nəfəri xarici tələbələrdir.

Ətraflı
Ukrayna Dövlət Dəmir Yolu Nəqliyyatı Universiteti

Ukrayna Dövlət Dəmir Yolu Nəqliyyatı Universiteti

Ukraynada dəmir yolunun təşkili, daşınma, idarəetmə sahələri üzrə kadr hazırlayan Dəmir Yolu Nıqqliyyat universiteti 1930-cu ildə Xarkov şəhərində yaradılıb. 

Ətraflı