ÇEXİYA

Qədim tarixə və gözəl arxitekturaya malik Çexiya Respublikası Şərqi Avropada yerləşir. Paytaxt Praqa şəhərini hər il təxminən 10 mln. xarici turist ziyarət edir. Dövlət universitetlərində isə  çex dilində təhsil ödənişsiz olduğu üçün xarici tələbələr Çexiya universitetlərinə üstünlük verirlər.  Təhsil aldığı dövr ərzində tələbə işləmək və  digər Avropa ölkələrini gəzmək imkanına malikdir. 
Praqa Karlov Universiteti

Praqa Karlov Universiteti

  Mərkəzi Avropanın ən qədim və Çexiyanın mərkəzi universiteti sayılan Karlov Universiteti 1348-ci ildə imperator IV Karl tərəfindən yaradılmışdır. "Dünyanın İlk 1000 universiteti" siyahısına daxildir.

Ətraflı
Masarikov Universiteti

Masarikov Universiteti

Çexiya Respublikasının ikinci böyük universiteti Brno şəhərində yerləşən Masarikov Universitetidir. Universitet 1919-cu ildə təsis edilib.

Ətraflı
Çexiya Aqrar Universiteti

Çexiya Aqrar Universiteti

 Çexiyanın aqrar və meşə təsərrüfatı sahəsi üzrə qabaqcıl təhsil müəssisəsi sayılan Çexiya Aqrar Universiteti 1906-cı ildə təsis edilib. Universitet tələbələrinin işə düzəlmə həcmi 97%-dir.

Ətraflı