Şimali Kipr

Şimali Kipr Türkiyə Respublikası əsrarəngiz Kipr adasının şimal hissəsində yerləşmiş, əhalisi təxminən 300.000 nəfərdir. Dövlət dili türk dilidir. Ölkə iqtisadiyyatında xidmət sahəsi üstünlük təşkil edir. Amma yüngül sənaye, kənd təsərrüfatı və s. sahələr də inkişaf etdirilir. Şimali Kiprdə turizm çox inkişaf etmişdir. Hər il Türkiyə, Böyük Britaniya və digər ölkələrdən çox saylı turistlər ölkəni ziyarət edirlər. Təhsilin səviyyəsi çox yüksək olan Şimali Kipr universitetlərində çox sayda xarici tələbə təhsil alır. Təhsil türk və ingilis dilindədir.
Near East University

Near East University

  Şimali Kiprin ən böyük təhsil müəssisəsi sayılan Yakın Doğu Üniversitesi 1988-ci ildə təsis edilib. Universitet Beynəlxalq təhsil təşkilatlarının üzvü olaraq, təhsilin keyfiyyətində daima seçilməkdədir. Hal-hazırda 25.000-dən çox tələbənin təhsil aldığı Yakın Doğu Üniversitesi böyük bir əraziyə malikdir.

Ətraflı
Cyprus İnternational University

Cyprus İnternational University

Şimali Kiprin paytaxtı Lefkoşa şəhərində yerləşən Kipr Beynəlxalq Universiteti 1997-ci ildə yaradılmışdır. Universitetdə 101 ölkədən xarici tələbələr təhsil alırlar. Universitet İngiltərə universitetləri ilə bağlanmış sazişə əsaslanaraq ikili diplom proqramlarını təklif edir.

Ətraflı